Türkiyənin qadınlardan ibarət voleybol yığması Serbiyanın 3-2 hesabı ilə məğlub etdi.
Vətəninfo.az xəbər verir ki, Türkiyə milli komandası Brüsseldə keçirilən final qarşılaşmasında Serbiya yığmasını ümumi hesabda 3:2 məğlub edərək tarixində ilk dəfə Avropa çempionatının qızıl medalına sahib oldu.
Qarşılaşmada birinci set serbiyalıların 27:25 hesablı üstünlüyü ilə başa çatdı. İkinci setdə daha üstün oyun nümayiş etdirən Türkiyə voleybolçuları 25:21 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirdilər – 1:1. Qarşılaşmanın üçüncü setinə Türkiyə idmançıları üstün başlasalar da, yüksək əzmkarlıq göstərən serbiyalılar ardıcıl bir neçə xal qazanaraq, seti öz xeyirlərinə başa vurdular – 25:22. Türkiyə yığması gərgin keçən dördüncü setdə (25:22) qalib gələrək ümumi hesabı bərabərləşdirə bildilər – 2:2. Oyunda sonuncu setdə qələbə qazanan (15:13) Türkiyə millisi tarixində ilk dəfə çempion adını qazandı.
Dünyanın 1 nömrəsi Türkiyənin qadınlardan ibarət voleybol yığması Avropa çempionu oldu. Finala məğlubiyyətsiz gələn “Filenin sultanları” 2023 CEV Avropa Çempionatının finalında Serbiyanı 3-2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə çempion oldu.
Komanda son 14 oyunun hamısından qalib ayrıldı.


























