image-fce4ddc9-650e-4602-8503-a4f1b8b8d213backend

TÜRKİYƏNİN YENİ UĞURU DÜNYA MEDİASINDA… – Bu silah donanmanın onurga sütunu olacaq + VİDEO

image-reklam_sirab_01

Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi yeni nəsil pilotsuz döyüş təyyarəsi Bayraktar “Kızılelma” (MİUS) dekabrın 14-də ilk uçuş sınaqlarını uğurla başa vurub. Gələcəyin döyüş konsepsiyasına istiqamət verəcək “Kızıl elma” aqressiv manevrlərlə hava döyüşü apara biləcək və aşağı radar kəsiyi ilə təhlükəsizlik qüvvələrinin əsas güc amili olacaq.

Qısa uçuş zolağı olan gəmilərdən qalxıb-enmə qabiliyyətinə malik olan pilotsuz döyüş təyyarəsi gövdə içərisində daşıyacağı sursatla hədəflərə hücum edə biləcək.

ABŞ-da nəşr olunan “Defense News” hərbi jurnalı “Kızıl elma”nın sürətinə diqqət çəkib.

“Kızıl elma” Baykarın on ildən artıqdır ki, öz imkanları ilə üzərində çalışdığı xüsusi bir layihədir. 1,5 tonu sursat olan pilotsuz döyüş təyyarəsinin ümumi qalxma çəkisi 6 tondur. O, 35.000 ilə 40.000 fut arasında yüksəklikdə uçacaq” – məqalədə bildirilir.

63a164317af5070020f62110.jpg (54 KB)

“Defense News” Baykarın pilotsuz döyüş təyyarəsi layihəsini ilk dəfə 2021-ci ilin yayında elan etdiyini, 2022-ci ilin martında konveyerdə göründüyünü və ilk mühərrik inteqrasiyası testinin 2022-ci ilin sentyabrında edildiyini yazıb: “Dron gələcəkdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin onurğa sütunu olacaq”.

“Kızıl elma”nın texniki xüsusiyyətlərinin ətraflı şəkildə yer aldığı məqalədə pilotsuz döyüş təyyarəsinin qısa uçuş zolaqları olan təyyarə gəmilərinə enib-qalxa biləcəyinə və daxili sursatlarla xidmət göstərə biləcəyinə diqqət çəkilib.

Qeyd edək ki, Baykar şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar 14 dekabrda “Kızıl elma”nın uçuşunu videoya çəkərək sosial mediada paylaşıb.

“KIZIL ELMA”NIN XÜSUSİYYƏTLƏRİ

Əsas uçuş performansları

500 Nm vəzifə radiusu

35.000 fut əməliyyat hündürlüyü

5 saat havada qalmaq

6 ton maksimum uçuş çəkisi

0,6 mach müşahidə sürəti

1500 kq yükgötürmə qabiliyyəti

Qabaqcıl xüsusiyyətlər

Avtomatik enmə və qalxma

Aşağı görünürlük

Yüksək manevr qabiliyyəti

Görmə Xətti Əlaqəsi

Qısa uçuş-enmə zolağında olan təyyarə daşıyıcılarından qalxma və enmə qabiliyyəti

AESA Radar ilə yüksək situasiya məlumatlılığı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki