Türkiyədə baş verən zəlzələdən sonra yardım edən insanlar içərisində adı açıqlanmayan sirli bir şəxs var idi. Həmin şəxs Türkiyənin Vaşinqtondakı səfirliyinə gələrək dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım üçün 30 milyon bağışlamışdı. Onun kimliyi çoxları üçün müəmmalı idi.
Vətəninfo.az xəbər verir ki, Türkiyə mediası həmin şəxsin ən uzunmüddəti avtomobil batareyası icad edən “One next energy” (ONE) şirkətinin qurucusu və baş icraçı direktoru Mujeeb İjaz olduğunu bəyan edib.
Bildirilib ki, Mujeeb İjaz elektromobil və batareya sistemləri texnologiyalarının inkişafında 30 illlik təcrübəyə malik mühəndisdir.
O, sözügedən sahələrdə ABŞ-da 31 patentə sahibdir və Virciniya Tech məzunudur.