image-zelzelebackend

Türkiyəyə yardıma tələsənlər

image-reklam_sirab_01

“İranda zəlzələ baş verdi, qonşu ölkələr – Azərbaycan və Türkiyə yardım təklifi etdilər. Tehran imtina etdi. Halbuki, zəlzələ nəticəsində soyuq havada evsiz və ərzaqsız qalanlar mövcuddur ki, onların yardıma ehtiyacları var.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloq bildirib ki, Türkiyədə zəlzələ baş verib, onlarla ölkə, o cümlədən Azərbaycan yardıma tələsib.

“Türkiyə ilə İranın fərqlərindən biri də budur. İran Türkiyədən kasıb ölkədir və kənar yardıma daha çox ehtiyacı var. Türkiyə isə dünyaya açıq ölkədir, hətta keçmişdə münasibətləri gərgin olan dövlətlərin yardım təklifinə müsbət cavab verib. Çünki zəlzələ bəşəri bir bəladır və dövlətlər, millətlər bir-birlərinə kömək etməlidirlər, sabah başqa ölkədə zəlzələ baş versə, Türkiyə həmin ölkəyə köməyə tələsəcək. Bu bəşəri yanaşma İrandakı rejimə yaddır. Bu İranın qapalı ölkə olmasından xəbər verir.” -politoloq əlavə edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki