image-ded7973d-a533-3914-9c3d-3a034dda2a9a_850backend

Ucarda qaydaları pozan COVID-19 xəstələri barədə araşdırma aparılır

image-reklam_sirab_01

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsəd ilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini R.Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

R.Əliyev rayon ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Aktiv COVID-19 xəstəsi olan Y.Həsənov da analoji qayda pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs ictimai yerdə aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.

Hər iki şəxs barəsində Ucar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image