image-63d61a11d37abbackend

Ukrayna “Bayraktar” – əfsanə qanadlar” filmi çəkdi  

image-reklam_sirab_01

Ukraynalı jurnalist Nataliya Moseiçuk və komandası “Bayraktar TB2” pilotsuz hücum kompleksinə həsr olunmuş “Bayraktar Legend Wings” (Bayraqdar – əfsanə qanadlar) adlı sənədli film hazırlayıblar.

Vətəninfo.az  xəbər verir ki, ukraynalı jurnalistlər filmin çəkilişləri üçün 3 gün İstanbulda olublar. Ekran əsəri Ukraynanın ən böyük telekanallarından olan 1+1 kanalında yayımlanıb.

Filmdə “Baykar” şirkətinin rəhbəri və Türkiyə Texnoloji Komandası Fondu İdarə Heyətinin sədri Haluk Bayraktar, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Bayraktar TB2”lərin inkişaf mərhələsindən danışıblar.

Ekran əsəri Ukraynanın digər televiziya kanalları və “youtube”da yayımlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki