image-0backend

Ukrayna bir dövlət kimi yox ola bilər – Mixail Podolyak 

image-reklam_sirab_01

Ukrayna 1991-ci il sərhədlərinə qayıtmasa, bir dövlət kimi yox ola bilər.

Vətəninfo.az xəbər verir ki, bu barədə ölkə prezidentinin müşaviri Mixail Podolyak məlumat verib.

“Biz 2014-cü ili təkrarlaya bilmərik. Çünki biz olmayacağıq. Onda gücsüzlüyümüzə imza atıb, məğlub olduğumuzu deməliyik.

Çünki qələbə olmadan, 1991-ci il sərhədləri olmadan və Rusiyanın daha da transformasiyası olmadan Ukrayna bir neçə ildən sonra yox olacaq, insanlar geri qayıtmayacaq, pul olmayacaq, bizi heç kim dəstəkləməyəcək”, – deyə o bildirib.

Podolyak əlavə edib ki, ukraynalılar mübarizəni davam etdirməyə hazır olmalıdırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki