image-reklam-veteninfo
image-1backend

Ukrayna dronları Dağıstan dəniz limanına zərbə endirib

image-reklam-veteninfo

Dağıstan Respublikanın icraçı rəhbəri Fyodor Şukinin sözlərinə görə, 10 sentyabr gecəsi Ukrayna dronları Dağıstanın paytaxtı Mahaçqalaya hücum edib. Dronlardan düşən qırıntılar nəticəsində dəniz limanında və Həmzət Tsadasa Avar Musiqi və Dram Teatrında yanğınlar baş verib. Şukin özünün Telegram kanalında yazıb: “Yanğınlar tez bir zamanda söndürülüb, qurban və ya xəsarət alan olmayıb”. Eyni zamanda, o, yerli sakinləri hücumdan sonrakı foto və videoları yayımlamamağa çağırıb.

Vətəninfo.az xəbər verir ki, Mahaçqala dəniz ticarət limanı Rusiyanın Xəzər dənizindəki yeganə dərin sulu və buzsuz limanıdır. Burada 10 min tona qədər yükgötürmə qabiliyyətinə malik tankerlər üçün beş ixtisaslaşdırılmış körpü ilə təchiz olunmuş neft limanı var. Limanın ixrac gücü ildə 7,9 milyon tona qədər neft və neft məhsullarıdır. Bitişik ərazidə Bakı-Novorossiysk əsas neft kəmərinə qoşulmuş neft anbarı var. Bundan əvvəl Ukrayna dronları 24 avqustda Dağıstana hücum etmişdi. Həmin vaxt Şimali Qafqazdakı Ozon bazarının ən böyük anbarı vurulmuşdu.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 9 sentyabr axşamından 10 sentyabr səhərinə qədər növbətçi hava hücumundan müdafiə (HHM) qüvvələri Rusiyanın 13 bölgəsi, ilhaq edilmiş Krım, eləcə də Qara və Xəzər dənizlərinin suları üzərində 448 Ukrayna dronu “aşkar edib məhv edib”. Dağıstanla yanaşı, Kalmıkiya, Krasnodar diyarı, Həştərxan, Volqoqrad, Voronej və digər bölgələrin səmalarında da dronlar müşahidə olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki