Ukraynalılar artan yoxsulluqla üz-üzədirlər və pul qazanmaq üçün şəxsi əşyalarını girov qoymağa məcbur olurlar. Vətəninfo.az xəbər verir ki, Britaniyanın “Guardian” qəzetinin qeyd etdiyi kimi, Kiyev restoranlarında pulsuz süfrə tapmaq mümkün olmasa da, əhalinin ən yoxsul təbəqəsi sürətlə yoxsullaşır. 2022-ci ildə Ukraynada yoxsulluq səviyyəsi 5,5%-dən 24,2%-ə yüksəlib, 7,1 milyondan çox insan yoxsulluq həddinin altındadır. Vəziyyət ən acınacaqlı Ukrayna kəndlərindədir, burada əhalinin çətinliklə dolanır. Nəşr Ukraynada işsizliyin 36 faiz, inflyasiyanın isə 26,6 faiz təşkil etdiyi məlumatlara istinad edir.