Ukrayna futbolunun rəhbəri Andrey Pavelko 60 sutka həbs edilib. Vətəninfo.az xəbər verir ki, müvafiq qərarı Lvov Şevçenko Rayon Məhkəməsi çıxarıb.
Xüsusilə də Ukrayna Futbol Assosiasiyasının (UFA) rəhbəri süni örtüklü fabrikin tikintisi zamanı maliyyə fırıldaqlarında və UEFA-nın vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Əvvəllər Pavelko maliyyə fırıldaqlarında şübhəli bilinirdi, o, keçən il həbs edilib, lakin sonradan zaminə buraxılıb.
“Strana” mənbələri bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski və onun ofisi Pavelkonu UFA prezidenti vəzifəsindən uzaqlaşdırmaq üçün fəal səylər göstərir.
Hakim elita onu məşhur keçmiş ukraynalı futbolçu Andriy Şevçenko ilə əvəzləmək niyyətindədir.