Ukrayna Gürcüstandan Kiyevin 2008-ci ildə Tbilisiyə təhvil verdiyi “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov məlumat verib.
Kasyanov bildirib ki, Kiyev Tbilisidən Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komplekslərinin təhvil verilməsini istəyib. Diplomatın sözlərinə görə, ABŞ öz razılığını verib və onları Gürcüstan üçün yeni komplekslərlə əvəz etməyə hazırdır.