image-344c5dac-afce-4489-984a-1a59115483b3backend

UKRAYNA HƏRBÇİLƏRİ RUSİYA ƏRAZİNƏ DAXİL OLDU

image-reklam_sirab_01

Rusiyanın Ukrayna ilə sərhədində yerləşən Tula bölgəsində partlayış, Kursk və Bryansk vilayətlərində isə döyüş olub.

Kursk vilayətinin qubernatoru Roman Starovoyt Tetkino qəsəbəsində Ukrayna hərbçiləri ilə baş verən atışma nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığını bildirib.

Məlumata görə, Tula vilayətinin Beryozovsk qəsəbəsindən bir km aralıda baş verən partlayış nəticəsində böyük çala yaranıb. Mütəxəssislər hadisə yerində araşdırma aparırlar.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Lyubeçan və Suşan kəndlərində ukraynalı hərbçilərlə döyüş olduğunu bildirib. Atışma nəticəsində ölənlərin və yaralananların olduğu da qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki