Ukraynanın Hərbi Hava Qüvvələri xəbər verib ki, dünən Rusiya ordusu 8 ədəd İran istehsalı olan Şahid-136/131 pilotsuz uçuş aparatları ilə ölkə ərazisinə hücum edib və onlardan 7-si zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına görə, İran istehsalı dronlar üç mərkəzi və cənub əyalətlərində vurulub. Bir ədəd vurulmayan dronun isə hədəfinə çatıb-çatmadığı bilinmir.
Qeyd olunub ki, Rusiya ordusu ötən həftə ərzində Ukrayna ərazisinə 50-dən çox İrandan aldığı dronlarla hücum edib.


























