image-reklam-veteninfo
image-1backend

“Ukrayna Krım körpüsünü vuracaq” – ŞOK İDDİA

image-reklam-veteninfo

“Ukrayna 2024-cü ilin birinci yarısında Krım körpüsünü vuracaq”.

Vətəninfo.az  xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (GUR) yüksək rütbəli rəsmiləri “The Guardian” nəşrinə bildiriblər.

Onlar körpünün dağıdılmasının “qaçılmaz” olduğunu iddia edərək, üçüncü hücumu planlaşdırdıqlarını deyiblər. Mənbə əlavə edib ki, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Rusiya donanmasının Qara dənizdəki mövcudluğunu minimuma endirmək üçün Zelenskinin təsdiq etdiyi plana əməl edib.
Nəşr qeyd edir ki, sözügedən hücumunun necə baş verəcəyi hələlik bəlli deyil.

“GUR-un belə yaxşı qorunan və aşkar hədəfə qarşı xüsusi əməliyyat keçirməyə qadir olub-olmadığına dair ciddi şübhələr var”,-deyə nəşr bildirib.

Qeyd edək ki, hərbi ekspert Oleq Jdanov da Krım körpüsünün 2024-cü ildə hücuma məruz qalacağını istisna etmir. O, hesab edir ki, bunun üçün Ukrayna körpünün dayaq sütunlarını məhv etməlidir. O, hücumda pilotsuz təyyarələr, “SCALP” və ya “ATACMS” raketlərindən istifadə oluna biləcəyini düşünür.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki