image-reklam-veteninfo
image-1backend

Ukrayna Moskvanı diz çökdürür: Paytaxt alov içindədir 

image-reklam-veteninfo

Ukrayna Moskva və ətrafına son iki ilin ən genişmiqyaslı dron hücumlarından birini həyata keçirib.

Vətəninfo.az xəbər verir ki,  Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, bazar ertəsi axşamından çərşənbə axşamı yerli vaxtla saat 05:00-dək Moskva istiqamətində 620 pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb. Onlardan 180-nin Moskva vilayətində məhv edildiyi bildirilib. Rusiya tərəfinin bu məlumatlarını müstəqil şəkildə təsdiqləmək mümkün deyil.

Hücumlar zamanı Moskva vilayətinin Boqorodski rayonunda yerləşən Atlant-Park ərazisində Wildberries şirkətinə məxsus anbara zərbə endirilib və yanğın baş verib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, hücum nəticəsində üç nəfər, o cümlədən 10 yaşlı uşaq yaralanıb.

Wildberries anbarları son həftələrdə Ukraynanın Rusiyadakı dron hücumlarının əsas hədəflərindən birinə çevrilib. Ukrayna tərəfi bu obyektlərin hərbi-logistika məqsədləri üçün də istifadə edildiyini bildirir. Moskva isə bu iddiaları rədd edir.

Hücumun miqyası Moskva istiqamətində əvvəlki böyük dron dalğalarını da geridə qoyub. Rusiya rəsmilərinin açıqlamalarına əsasən, son aylarda paytaxta yönəlmiş hücumlarda yüzlərlə PUA-nın istifadə edildiyi bildirilib.

Digər tərəfdən, Rostov vilayətinin qubernatoru Yuri Slyusar bölgənin yeddi rayonunda 80-dən çox PUA-nın məhv edildiyini açıqlayıb.

Hadisə Ukrayna ilə Rusiya arasında uzaqmənzilli dron hücumlarının intensivləşdiyi bir vaxtda baş verib. Son günlər Ukrayna Rusiya ərazisinin dərinliklərində yerləşən logistika, sənaye və enerji obyektlərinə zərbələri artırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki