image-image_750x_638ee945a7a10backend

“Ukrayna nə qədər çox dağıntıya məruz qalsa, onun Aİ-yə daxil olmaq şansı bir o qədər çox olacaq”- Josep Borrell

image-reklam_sirab_01

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Josep Borrell əvvəlcə Ukraynanın, sonra isə yalnız Rusiyanın təhlükəsizlik zəmanətlərinin müzakirəsini zəruri hesab edir. Vətəninfo.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Parisdə Jak Delor İnstitutunun təşkil etdiyi simpoziumda çıxış edən Borrell Ukrayna ətrafında yaranmış münaqişəli vəziyyətdən çıxışın Kiyevə təhlükəsizlik zəmanəti verərək “beynəlxalq hüquq normalarına uyğun həyata keçirilməli” fikrini bildirib.

“Rusiya üçün təhlükəsizlik təminatlarına gəlincə, bu barədə sonra danışacağıq”, o əlavə edib.

Borelin fikrincə, “Ukrayna nə qədər çox dağıntıya məruz qalsa, onun Aİ-yə daxil olmaq şansı bir o qədər çox olacaq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki