image-1backend

Ukrayna nə zaman NATO-ya qəbul ediləcək? – Yens Stoltenberq açıqladı

image-reklam_sirab_01

Ukrayna lazımi islahatları həyata keçirə bilməsi şərti ilə Rusiya ilə müharibə başa çatdıqdan sonra NATO-ya üzv olacaq. Vətəninfo.az xəbər verir ki, bu bəyanatla BBC-yə istinadən Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Yens Stoltenberq çıxış edib.

Onun sözlərinə görə, NATO-ya üzv olan bütün ölkələr Ukraynanın Alyansa üzv olması ilə razılaşır.
NATO-Ukrayna görüşü zamanı islahatlarla bağlı tövsiyələr razılaşdırılacaq ki, bu da onun təşkilata tamhüquqlu üzv olmasına kömək edəcək.

Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, Ukrayna ilə NATO arasında daim yaxınlaşma olsa da, müharibə şəraitində tamhüquqlu üzvlük mümkün deyil.

O, həmçinin əlavə edib ki, bu ay Almaniya və Hollandiya Ukraynaya 10 milyard avro vəd verib, Rumıniya Ukrayna F-16 pilotları üçün təlim mərkəzi açıb, ABŞ və Finlandiya da daxil olmaqla digər ölkələr Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərir. .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki