image-1680345255_fsnfns_wyaaw4rg__2__480x270backend

Ukrayna Polşadan 100 ədəd zirehli maşın alacaq

image-reklam_sirab_01

Ukrayna Polşadan 100 ədəd “Rosomak” zirehli maşını alacaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski “Twitter” hesabında yazıb.

O qeyd edib ki, zirehli maşınların təhvil verilməsi Avropa İttifaqı ölkələri və ABŞ tərəfindən maliyyələşdiriləcək.

“Rosomak”lar ən yüksək səviyyəli personal daşıyıcılarıdır. Bu satınalma Aİ və ABŞ pulu ilə ödəniləcək”, – Moravetski yazıb.

Qeyd edək ki, “Rosomak” zirehli transportyorları Polşa Silahlı Qüvvələrinin flaqmanıdır. Təkərli zirehli transportyor bir çox modifikasiyada istehsal olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki