image-image_750x_63fdbbcde736dbackend

Ukrayna PUA-ları Rusiyanı VURDU

image-reklam_sirab_01

Fevralın 27-də səhər saatlarında Ukraynaya məxsus  üç pilotsuz təyyarə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sevsk vilayətində yerləşən Sərhəd İdarəsinin texniki müşahidə məntəqəsinə zərbə endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə  ASTRA Telegram kanalı məlumat yayıb. Hücum nəticəsində  qüllə sıradan çıxıb.
Bundan əlavə, Bryansk qubernatoru Aleksandr Boqomazın bildirdiyinə görə, fevralın 28-i səhər saatlarında pua-ların növbəti hücumu baş verib.

“Rusiya Federasiyasının silahlı qüvvələri Suraysk vilayətində Ukrayna tərəfindən buraxılan pilotsuz uçuş aparatını vurub. Tələfat və dağıntı olmayıb. Əməliyyat xidmətləri yerində işləyir”, – Boqomaz yazıb.

Eyni zamanda Sankt-Peterburqda havada naməlum obyektin peyda olması ilə əlaqədar “Ковёр” proqramı işə salınıb. “Baza” xəbər verir ki, bu səbəbdən “Pulkovo” hava limanı təyyarələri qəbul etmir.

Qeyd olunur ki, belə bir siqnal sərhədi qanunsuz keçərkən və ya UFO peyda olduqda verilir. Mənbənin sözlərinə görə, qırıcı təyyarələr səmaya qaldırılıb.

Bundan əvvəl xəbər vermişdik ki, ötən gecə gecə yarısı Ukrayna ATS-si də Krasnodar vilayətindəki “Rosneft” neft anbarına hücum edib, nəticədə bazanın qazanxanası zədələnib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki