image-70139645backend

Ukrayna Qərb təyyarələrindən Rusiya ərazisinə zərbələr endirəcəkmi? – Kuleba

image-reklam_sirab_01

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna Rusiyadakı hədəfləri vurmaq üçün Qərb döyüş təyyarələrindən istifadə etməyəcək.

Vətəninfo.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Britaniyanın Sky News telekanalına verdiyi açıqlamada Ukraynanın müharibəni bitirmək və rus qoşunlarını Ukraynanın şərq sərhədlərindən çıxarmaq üçün təyyarələrə ehtiyac duyduğunu bildirib.

“Biz partnyorlardan aldığımız silahlardan Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya zərbə endirmək üçün istifadə edirik”, – Kuleba vurğulayıb.

Eyni zamanda ondan Ukraynanın Rusiya ərazisini bombalamaq üçün təyyarə və digər uzaqmənzilli silahlardan istifadə etməyəcəyinə zəmanət verə biləcəyini soruşublar.

“Biz Ukrayna ərazilərini azad etmək üçün Qərb silahlarından istifadə edəcəyimizə zəmanət verə bilərik”, – XİN rəhbəri bildirib.  /Qaynarinfo/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki