image-image_750x_63d2159d7f143backend

“Ukrayna qüvvələri əks-hücuma hazırlaşır” – ABŞ prezidenti sensasion döyüş planını açıqladı

image-reklam_sirab_01

“Yaz yaxınlaşdıqca Ukrayna qüvvələri öz ərazilərini müdafiə etməyə çalışır və əlavə əks hücuma hazırlaşır. Ukrayna Rusiyaya sarsıdıcı zərbə vuracaq”, – Vətəninfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden dünən açıqlamasında bildirib.

“Ukraynanın bu hücumu Rusiya üçün sarsıdıcı ola bilər”, – Bayden Ukrayna qüvvələri haqqında deyib.

Onun fikrincə, Kiyevə də Rusiya Federasiyasına “uzunmüddətli perspektivdə” müqavimət göstərmək üçün “güclü potensial” lazımdır.

ABŞ prezidenti bu çıxışında Vaşinqtonun Kiyevə 31 Amerika M1 Abrams əsas tankı göndərmək qərarına gəldiyini təsdiqləyib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki