image-63b6cfe3ac4a2backend

Ukrayna rəsmiləri Rusiyanın bəyanatını təkzib edib

image-reklam_sirab_01

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun sözçüsü Sergey Çerevatı Rusiya Müdafiə Nazirliyinin “Kramatorska raket hücumu nəticəsində 600-dən çox ukraynalı əsgərin həlak olması” barədə bəyanatını təkzib edib.

Vətəninfo.az xəbər verir ki, Ukraynanın “Ukrinform” xəbər agentliyində yer alan məlumata görə, Çerevatı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Rusiyanın Donetsk vilayətinin Kramatorsk şəhərinə hücumları ilə bağlı açıqlamasını dəyərləndirib.

Rusiya ordusunun yüksək dəqiqlikli hücumlar həyata keçirə bilmədiyini əsas gətirən Çerevati bunları deyib:

“Bu məlumat onların bütün HİMARS-larımızı məhv etmələri ilə bağlı məlumatlar qədər dəqiqdir. Bu, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ukrayna Silahlı Qüvvələrinin yüksək dəqiqlikli hücum sistemləri ilə izdihamlı kadr mərkəzlərinə, anbarlarına və logistikasına istiqamətli əməliyyatlarına cavab olaraq olaraq həyata keçirdiyi bir məlumat əməliyyatıdır. Onların belə bir imkanı yoxdur”.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Kramatorska raket hücumu nəticəsində 600-dən çox Ukrayna əsgərinin həlak olduğunu iddia edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki