image-image_750x_63a93f0514a47backend

Ukrayna Rusiya aeraportunu PUA-larla VURDU

image-reklam_sirab_01

Ukrayna silahlı qüvvələri Rusiyanın Engels şəhəri (Saratov vilayəti) yaxınlığındakı strateji hava limanına yenidən hücum edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, zərbə PUA-larla endirilib.

Məhz bu hava limanından Rusiya ordusuna məxsus strateji bombardmançı təyyarələr havaya qalxaraq Ukrayna ərazisinə raket zərbələri endirirlər.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya tərəfi Ukrayna PUA-sını vurmağa nail olub. Xatırladaq ki, bu, bu hava limanına ikinci hücumdur. Dekabrın 5-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi iki Rusiya hərbi hava limanında partlayışlar baş verdiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki