image-999backend

“Ukrayna -Rusiya savaşı daha aktiv fazaya keçir” – ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu

image-reklam_sirab_01

Ukrayna -Rusiya savaşı daha aktiv fazaya keçir. Vətəninfo.az xəbər verir ki, bunu ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu açıqlayıb.

Rusiyanın Donetsk vilayətində hücum əməliyyatları yaxın həftələrdə  daha da  intensivləşəcək.

Bölgədəki Ukrayna qüvvələri güclü təzyiqə məruz qalacaq.

“Kiyev Rusiyanın bu canlanmış hücumlarından müdafiə üçün qoşunlarını yenidən yerləşdirməli olacaq. Ruslar səylərə baxmayaraq, çətin ki, əhəmiyyətli döyüş uğurları əldə etsinlər. Rusiyanın səfərbər edilmiş hərbiçiləri özlərini kifayət qədər hazırlıqsız, zəif təchiz olunmuş və döyüşməyə çox həvəssiz olduqlarını göstəriblər. Onlar böyük qrup halında yox, əksinə doqquz aydır fasiləsiz döyüşən, canlı qüvvə və texnika itkilərinə məruz qalan, əsasən ruhdan düşmüş bölmələri əvəz etmək üçün fərdi və ya kiçik hissə kimi göndərilir”,-deyə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb..

Məlumatda qeyd olunub ki, general Surovikinin ordunu genişmiqyaslı hücum, mexanikləşdirilmiş manevr müharibəsi aparmağa qadir bir qüvvəyə çevirə bilməsi ehtimalı çox azdır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki