image-atesbackend

Ukrayna Rusiyanın atəşkəs təklifini rədd etdi

image-reklam_sirab_01

Ukrayna Rusiya ilə istənilən danışıqlar prosesini rədd edir.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiyanın müvəqqəti atəşkəs təklifini şərh edərkən deyib.

“Onlarla (Moskva ilə – red.) heç bir danışıqlar aparılmayıb”, – o, “Ukrayna-24” telekanalında deyib.

Xatırladaq ki, cümə axşamı Kremlin mətbuat xidməti bildirib ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 6-sı saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək müharibə zonasında bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib. Daha sonra Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu yanvarın 6-da saat 12:00-dan 36 saat müddətinə atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki