Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib ki, Ukrayna silahlı qüvvələrinin dronları 8 sentyabr gecəsi Saratov şəhərinə hücum edib.
Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, bir neçə evə ziyan dəyib, üçü uşaq da daxil olmaqla 10 nəfər yaralanıb. Altı nəfər xəstəxanaya yerləşdirilib. “Sakinlər üçün müvəqqəti yaşayış məntəqəsi açılıb”. O, digər detalları açıqlamayıb.
Ukraynanın Telegram monitorinq kanalları Exilenova+ və Supernova+ bildirir ki, dronlar əvvəllər bir neçə dəfə zərbələrə məruz qalan Saratov neft emalı zavodunu hədəfə alıb. Kanallar həmçinin Ukrayna ordusunun keçmişdə bir neçə dəfə hücum etməyə cəhd etdiyi Saratov bölgəsindəki Engels hərbi aerodromuna hücum barədə məlumat verir.


























