image-peqovbackend

Ukrayna Semyon Peqova qarşı cinayət işi açdı

image-reklam_sirab_01

Ukrayna Baş Prokurorluğu “WarGonzo” layihəsinin yaradıcısı, rusiyalı bloger Semyon Peqovu qiyabi olaraq “hərbi mövzularda təbliğat materialları” yaratmaqda ittiham edərək Peqov haqqında cinayət işi açıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə  “TASS” məlumat yayıb.

Prokurorluq qeyd edib ki, ittiham Rusiyanın hərəkətlərini “əsaslandırmaq, tanımaq və inkar etmək”, habelə Rusiya Silahlı Qüvvələrini “şöhrətləndirmək” üçün cəza nəzərdə tutan maddə ilə irəli sürülüb.

İstintaq müəyyən edib ki, Peqov WarGonzo layihəsi çərçivəsində YouTube və Telegram kanalında sistemli şəkildə  Rusiyanın Ukraynaya qarşı təcavüzkar və işğalçı müharibəsin dəstəkləyən məlumatlar yaymaqdadır.

Qeyd edək ki, Semyon Peqov Rusiya xüsusi xidmət orqanlarına çalışan bir blogerdi və o 2020-ci ildə 44 günlük Qarabağ Vətən müharibəmiz zamanı Ermənistan tərəfindən müxtəlif yalan məlumatlar yaymaqda idi.

Bundan başqa Peqov dekabırın 15-dən Ukrayna rəhbərliyinin sanksiya tətbiq etdiyi 198 şəxs arasındadır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki