Ukrayna xüsusi xidmət orqanları Rusiyaya işləyən cəsusu həbs edib. Vətəninfo.az xəbər verir ki, Slovyansk sakini Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yer haqqında məlumatları gizli olaraq Rusiyaya ötürməkdə şübhəli bilinərək həbs edilib.

Baş Prokurorluğun məlumatına görə , 2022-ci ilin noyabrında Slovyansk sakini öz mobil telefonundan messencer vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin, nəqliyyat vasitələrinin və hərbi texnikasının yerləşdiyi yerlər, habelə onların yerləşdirilməsi barədə mesajlar göndərib. 

Həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi yer haqqında məlumatı icazəsiz yaymaqda şübhəli bilinir / photo gp.gov.ua“Cinayətdən sonra həmin şəxs ifşa edilərək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun barəsində girov əvəzi olmadan həbs-qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.