image-e1016d9c-d062-3676-b001-56fa709ff291_850backend

Ukraynada nazir müavinlərinin evlərində axtarışlar aparılıb

image-reklam_sirab_01

Ukraynanın Antikorrupsiya Milli Bürosunun əməkdaşları iki nazir müavininin – Aqrar Siyasət və İqtisadiyyat nazirlikləri rəhbərlərinin, həmçinin Prezident Ofisi rəhbərinin müşavirinin evlərində axtarışlar aparıb.

Qeyd edilir ki, axtarışlar humanitar yardımın paylanması ilə bağlı sui-istifadə hallarının araşdırılması ilə bağlıdır.

Jurnalistlərin məlumatına görə, axtarışlar aqrar siyasət və ərzaq nazirinin birinci müavini Taras Vısotski, iqtisadiyyat nazirinin müavini Aleksandr Qriban və Prezident Ofisi rəhbərinin müşaviri Yelena Simonenkonun evlərində həyata keçirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki