image-621766ffa8d20621766ffa8d22164570086344ccd1cbb30b0cb3927c420f9f27290dbackend

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradıldı

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir. Ukraynada telefon və internet əlaqəsi kəsilmədiyi üçün soydaşlarımız arasında kommunikasiya mövcuddur.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ukraynada çoxlu sayda azərbaycanlı yaşadığı nəzərə alınaraq, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb: “Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, +380442773489 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.

Mövcud vəziyyətlə əlaqədar soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə Ukrayna Azərbaycanlıları Radasının operativ qərargahı 24 saat fəaliyyət göstərir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib: https://www.mfa.gov.az/az/news/no05922


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image