Avqustun 29-dan 30-na keçən gecə Rusiya Ukrayna müharibəsi başlayandan bəri ən böyük hücuma məruz qaldı.
Vətəninfo.az RBK-Ukraynaya istinadən xəbər verir ki, pilotsuz təyyarənin hücumu nəticəsində təyyarələr, neft anbarı və hərbi hissə məhv edilib.
Xüsusilə Rusiyanın mərkəzi və cənub-qərb bölgələri hücuma məruz qaldı.
Mənbə qeyd edir ki, Rusiya hərbçiləri adətən hücumu uğurla dəf etdiklərini bildirirlər, lakin dağıntıların böyük hissəsi şahidlər tərəfindən videoya çəkilib.