Sosial şəbəkələrdə Ukraynalı hərbçilər tərəfindən rusları öldürüldüyünü əks etdirən videogörüntülər paylaşılıb. 

Vətəninfo.az xəbər verir ki, bu barədə “BAZA” telegram kanalı məlumat yayıb.

Belə ki, videoda rus əsgərlərin necə təslim olması göstərilir. Təslim olanlardan hansının zabit olduğu soruşulur. Daha sonra videoda silah səsləri eşidilir və video qəfil bitir.

İkinci videoda isə artıq həmin ərazidə 12 cəsəd göstərilir.

“Bunun hansı ərazidə baş verdiyi məlum deyil. İki ölkənin hərbi idarələrindən heç bir rəsmi təsdiq və ya şərh verilməyib”, – deyə kanalda qeyd edilib.