Ukraynalı müğənni , pakistanlı milyonçu Məhəmməd Zahurun həyat yoldaşı Kamaliya Ukrayna ordusunda xidmətə qəbul olunmaq üçün müraciət edib. Vətəninfo.az xəbər verir ki, Ukraynanın ən varlı şəxslərindən biri olan Kamaliya bildirib ki, o hərbçi ailəsində doğulub, bacısı hazırda Silahlı Qüvvələrdə xidmət edir. Buna görə də o da orduda xidmət etməyə qərar verib.

ZhVL proqramında müğənni Rusiyanın tammiqyaslı işğalının əvvəlində belə Teroborona qoşulmaq istədiyini, lakin sonra anasının təkidi ilə geri çəkildiyini etiraf edib.