image-ukrayna-bayragi-696x435backend

Ukraynanın bölünməsi? – Ərazi güzəşti mümkündürmü?

image-reklam_sirab_01

Son vaxtlar müxtəlif mənbələr Ukryna müharibəsinin danışıqlar yolu ilə bitməsi üçün Kiyevə təkliflər verildiyi barədə iddia irəli sürürlər. Guya ki, bu təkliflərə görə, Ukraynaya bəzi əraziləri Rusiyaya güzəştə getmək təklif olunub. Hətta Ukraynanın Şimali və Cənubi Koreya kimi iki hissəyə bölünməsi versiyası da ortaya atılb.

Bəs, ukraynalılar Rusiyaya ərazi güzəştinə gedərmi? Kiyev Beynəlxalq Sosiologiya İnstitutu bu mövzuda sosioloji sorğu keçirib.

Sorğu fevralın 14-dən 22-dək Ukraynanın nəzarətindəki bölgələrdə, yaşı 18-dən yuxarı 2002 respondent arasında aparılıb, onların 87 faizi Rusiyaya hər hansı ərazi güzəştinə hazır olmadığını açıqlayıb.

Sorğuya qatılanların yalnız 9 faizi hesab edir ki, Ukrayna müstəqilliyini qorumaq naminə bəzi ərazilərdən imtina etməlidir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını tutaraq Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlar apararaq ölkənin cənub-şərq bölgəsini ələ keçirib.

Sentyabrın 29-da Rusiya Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Ukrayna və dünya birliyi Rusiyanın 2014-cü ildən bəri işğal etdiyi bütün torpaqlardan çəkilməsini tələb edir, Rusiya isə “özünə birləşdirdiyi” ərazilərlə bağlı danışıqlara getməyəcəyini bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki