Ukrayna prezidenti Volodimir Zelenski Krım tatar türkü Rüstem Umerovun müdafiə naziri təyin edilməsinə qərar verdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı Zelenski sosial media hesabında paylaşım edib.
“Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov başçılıq etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm”, -deyə Zələnski qeyd edib.
Zelenski parlamentin qərarıdəstəkləyəcəyinə ümid etdiyini bildirib.
Oleksey Reznikov 2021-ci ildən Ukraynanın müdafiə naziridir.
Rüstəm Umerov kimdir?
1982-ci ildə anadan olan Umerov Ukrayna tarixində nazir postunu tutan ilk Krım tatarı olub.
Krım tatar türk xalqının lideri və Ukrayna deputatı Mustafa Əbdülcəmil Kırımoğlunun müşaviri olan Umerov əvvəllər Ukrayna Dövlət Əmlak Fondunun sədri və Ukrayna prezidentinin xüsusi nümayəndəsi vəzifələrində çalışıb.
Prezidentin Məşvərət Şurasının Ukraynanın ərəb və müsəlman dövlətləri ilə qarşılıqlı əlaqəsi üzrə komissarı Umerov 2022-ci ilin fevralından Ukraynanın Rusiya ilə danışıqlar qrupunda yer alıb.


























