image-kalibr-raketbackend

Ukraynanın qəniminə çevrilən “Kalibr” raketinin yaradıcısı öldü – FOTO

image-reklam_sirab_01

“Kalibr” raketlərinin yaradıcısı, “Almaz-Antey” aerokosmik müdafiə konserninin (VKO) elmi direktoru Pavel Kamnev 86 yaşında vəfat edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.

Kamnev 1937-ci ildə Mahaçqalada anadan olub. Moskva Aviasiya İnstitutunu bitirdikdən sonra M.İ.Kalinin adına Sverdlovsk Maşınqayırma Zavodunda mühəndislikdən baş konstruktorun birinci müavini vəzifəsinə qədər işləyib.

Rusiya Prezidenti Vladimir Putinin 21 aprel 2016-cı il tarixli fərmanı ilə Pavel Kamnev Rusiya Federasiyasının Əmək Qəhrəmanı adına layiq görülüb.

O, 20-dən çox ixtiranın müəllifi, 300-dən çox elmi əsərin həmmüəllifidir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki