image-02bd32c4-e12d-3b5a-9354-a73fa0f8a689_850backend

Ukraynanın Quru Qoşunlarının komandanı hərbi strategiyanın bəzi məqamlarını açıqlayıb

image-reklam_sirab_01

Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı müharibədə həyata keçirdiyi hərbi strategiyanın əsas məqamlarından biri təchizat məntəqələrinə davamlı zərbələrin endirilməsidir.

Bunu Ukrayna Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski “ABC News” telekanalına müsahibəsində bildirib.

O deyib ki, Rusiyanın artilleriyada üstünlüyə malik olduğu toqquşmaların dəf edilməsi də hərbi strategiyada nəzərdə tutulur.

Komandanın sözlərinə görə, Ukrayna qüvvələri minimal itki ilə hədəfə çatmaq üçün mobil hücumlar həyata keçirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki