image-63c1377ddcc21backend

Ulf Kristersson: “Təxribatçılar İsveçin NATO-ya üzv olmasına mane olmağa çalışırlar”

image-reklam_sirab_01

“Təxribatçılar İsveçin NATO-ya üzv olmasına mane olmağa çalışırlar”. Vətəninfo.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson paytaxt Stokholmda xarici işlər naziri Tobias Billström və müdafiə naziri Pal Jonson ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

T.Kristersson İsveçin İkinci Dünya Müharibəsindən (1939-1945) sonra ən ciddi təhlükəsizlik probleminin olduğunu vurğulayaraq deyib ki, bəziləri İsveçin NATO-ya üzv olmasının nə qədər ciddi olduğunu başa düşmür. Təxribatçılar İsveçin üzvlüyünə mane olmağa çalışırlar. Biz Türkiyə ile işlək dialoqa qayıtmaq istəyirik. Türkiyə öz qərarlarını özü verir, buna hörmət etmək məcburiyyətindəyik. Bu prosesi sakitləşməsini istəyirik.

Xarici işlər naziri Billström isə yanvarın 21-də Danimarkanın ifrat sağçı “Sərt kurs” Partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına toxunaraq deyib:

“Kitabların yandırılmasının çox qaranlıq bir tarixi var. Bunu bəyan etmək Türkiyəyə yaranmağa çalışmaq deyil. Türkiyədə və etirazların keçirildiyi Əfqanıstan və Pakistan kimi digər ölkələrdə də sərt reaksiyalar var. Sosial mediada İisveç mallarını boykot etmək istəyən səslər ucaldı. Hökumət vəziyyəti diqqətlə izləyir”.

İsveçin müdafiə naziri Conson da İsveçin NATO-ya üzv olmaq səylərinin davam edəcəyini və bunun ölkəsinin təhlükəsizliyinə töhfəsinin çox olacağını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki