image-f9f29a93-8190-348a-ad23-d7fbfefb953b_850backend

ÜST-ün Suriyadakı ofisinin rəhbəri korrupsiyada ittiham olunur

image-reklam_sirab_01

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Suriya üzrə baş nümayəndəsi Akcemal Maqtımova korrupsiya, fırıldaqçılıq və vəzifədən sui-istifadədə ittiham olunur.

Bu barədə cümə axşamı “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Agentlik məxfi sənədləri nəzərdən keçirdikdən sonra müəyyən edib ki, ÜST əməkdaşları guya işçiləri Suriya hökumətinin nümayəndələri ilə müqavilələr bağlamağa məcbur edən, həmçinin təşkilatın və onun sponsorlarının vəsaitlərini qeyri-məqsədyönlü şəkildə xərcləyən Maqtımova tərəfindən təzyiq edilməsi barədə istintaqa məlumat veriblər.

Vurğulanır ki, söhbət ÜST-ün son illərdə apardığı ən böyük daxili araşdırmalardan birindən gedir. İstintaqın bitmə tarixi barədə bilgi verilmir.

“Təhlükəsizlik, məxfilik və müəyyən prosedurlara riayət etmək zərurətinə görə, biz ittihamın təfərrüatlarını şərh edə bilmərik”, – ÜST-dən AP-yə bildiriblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki