Bəhram bilmirəm ya şəhərli olmadığını yaxşı dərk etdiyi ücün, ya da özünü glamur göstərmək üçün belə səyləyir.
Yoxsa ölkədə kimin şəhərli, kimin kəndli olmasının nə fərqi var?
Mövzu Vətən olanda qaçıb arvad arxasında gizlənən glamurlardansa, kənddə daşın-torpağın içində böyüyən, tabutu uçuq-sökük komalardan çıxan, saf, səmimi, dürüst, özünü başqalarına reklam etməyən insanlar əlbəttə ki, daha üstündür.
Özünü mədəni göstərməyə çalışan, cəmiyyətin gözündə iki qəpiklik hörməti olmayan Bəhram Bağırzadəyə bir facebook dostumuzun statusunda lobalob dedim ki, səndən xoşum gəlmir. Çünki sən üzqırxan səviyyəsində bir insansan. Yəqin ki, o sözləri hələ unutmayıb. İşdir unudubsa, bu yazı ilə onun yaddaşını yenidən təzələyirəm.
Sonda oxuculardan soruşuram:
Bu adam cəmiyyətə nəyi göstərməyə çalışır? Məgər onu adam yerinə qoyan varmı?
Sonra Bəhram Bağırzadəyə üzümü tutub deyirəm: Get hırıldamağınla məşğul ol! Sən uzaqbaşı üzqırxan əmi səviyyəsində ola bilərsən. Cəmiyyəti kəndliyə, şəhərliyə bölməyə isə nə sənin səviyyən, nə də hünərin çatar!
Elmar Hüseynov