image-xacaturyan_1backend

Vaqif Xaçatryan: O hadisəni Ermənistandan gələnlər törədib

image-reklam_sirab_01

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri – Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi davam edir.

Vətəninfo.az xəbər verir ki, prosesdə zərərçəkmişlər ifadə verir. Cinayət işi üzrə zərərçəkmiş Mikayılov Qurban bildirib ki, hücum edənlərin 80-90 faizi Vadara kəndinin sakinləri olub:

“İtkilərimiz çox oldu. 25 şəhidimiz var idi. Ailəmin 9 üzvü şəhid oldu. Şəhidlərimiz meşədə yox, öz evində, məhəlləsində öldürüldülər.

Vaqif bayaq deyir ki, məni gördünmü? Mən səni 100 metrdən necə görüm? Yalan danışırsansa, heç olmasa inandırıcı danış.

Hücum zamanı özüm də orada olmuşam. Kəndin girişində çiyinlərində hansısa silah vardı, adını bilmirəm, onları yandıra-yandıra gəlirdilər. Ay erməni, yalandan əl çək! Mən səni də görmüşəm, komandanı da görmüşəm”.

Vaqif bildirib ki, nə komandir olub, nə də hərbiçi, fəhlə olub ailəmi saxlamışam:

“Sənin də atanı tanıyıram. Kənddəki hadisəni Ermənistandan gələnlər törədib. Orada olanları kim edib, niyə edib, bilmirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki