image-putin-priqojin-696x391backend

“Vaqner”in rəhbəri Putinin yerinə göz dikib

image-reklam_sirab_01

Amerika analitikləri Priqojinin müsahibəsini təhlil ediblər

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri hesab edirlər ki, Wagner Group-un maliyyəçisi Yevgeni Priqojin özünü Rusiya prezidentliyinə gələcək namizəd kimi göstərmək üçün Rusiya mediasından istifadə edir.

İnstitutun yeni hesabatında bu barədə qeyd olunur.

Hesabatda Priqojinin bu yaxınlarda dərc olunmuş müsahibəsinə istinad olunur və bildirilir ki, vizual olaraq, bu müsahibə Rusiya prezidenti Vladimir Putinin müxtəlif müsahibələrinə bənzəyir. Bundan əvvəl Priqojinin videogörüntüləri fərqli idi – o, daha dinamik və döyüş meydanını xatırladan kadrlarda görünürdü.

“Priqojin bu müsahibədən həm də rus döyüşçülərinə sərt ideologiyanın aşılanması zərurəti ilə bağlı əvvəlki arqumentlərini təkrarlamaq üçün istifadə edib və Rusiya Müdafiə Nazirliyinin Vaqner qrupunu bilərəkdən artilleriya sursatından məhrum etdiyini nəzərdə tutur”, – ISW hesabatında qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki