image-1200_0_1647177810-1046backend

“Vaqner”  Ukraynada necə darmadağın edilib? – Faktlar 

image-reklam_sirab_01

Rusiya – Ukrayna müharibəsindən keçən zaman ərzində Rusiya ordusu çoxsaylı canlı tələfat verib. Vətəninfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, artıq Rusiyanın itkiləri 60000 min nəfərə çatıb. Rusiya indi də məhbusları Ukraynada müharibəyə göndərilməkdə davam edir.

Artıq Rusiyanın xüsusi hazırlıqlı “Vaqner” dəstəsi Ukraynada 800-dən 1000-ə qədər muzdlu əsgər itirib. Təkcə son iki ayda Vaqnerin bölmələrinə cəlb edilmiş 500-dən çox məhbus məhv edilib.

Rusiyanın özəl hərbi şirkətinin sahibi, “Putinin aşpazı” kimi tanınan “Vaqner”in sahibi Yevgeni Priqojin Ukraynada müharibəyə getmək üçün qüvvələrini toplamaq üçün  məhkumlara bel bağlamaqda davam edir, eyni zamanda bölgələrdən də muzdlu əsgər toplamağa çalışır.

Müharibələrin Tədqiqi İnstitutunun ( ISW ) analitiklərinin fikrincə, Priqojinin ideyaları həyata keçmir və onun qüvvələri arasında çoxsaylı tələfat var.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki