image-76490065backend

Vardanyan məsuliyyəti Arayikin üstünə atdı: “Balasanyan və Babayanı…”

image-reklam_sirab_01

Özünü Qarabağ separatçılarının “dövlət naziri” adlandıran Ruben Vardanyan Vitali Balasanyanın qondarma “təhlükəsizlik şurasının katibi” postundan uzaqlaşdırılmasından danışıb.

Vətəninfo.az xəbər verir ki, Ruben Vardanyanın sözlərinə görə, Vitali Balasanyan, David Babayan kimi şəxslərin separatçıların rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı qərarları separatçı rejimin başçısı Arayik Arutyunyan verib.

O əlavə edib ki, çətin vəziyyətə düşən separatçı komandanın formalaşdırılması fövqəladə addımlar tələb edirdi.

Vardanyan deyib ki, Qarabağ separatçıları hazırda Laçın yolunun açılması üçün Rusiya sülhməramlıları ilə əməkdaşlıq edir.

“Amma mən danışıqlarda iştirak etmirəm. Məndə danışıqlar barədə məlumat yoxdur”, – Vardanyan deyib. // ordu.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki