“Qarabağda qəbuledilməz vəziyyət yaranıb, yüksək rütbəli məmurlarla əlaqəsi olan bir neçə onlarla şəxs Rusiya sülhməramlıları ilə razılaşaraq bura birinci dərəcəli əhəmiyyət kəsb etməyən mallar gətirir, insanların son imkanları hesabına böyük pullar qazanırlar”.
Vətəninfo.az xəbər verir ki, bunu Xankəndidəki separatçı rejimin keçmiş dövlət naziri Ruben Vardanyan deyib.
O, bildirib ki, bu insanlar pul qazanmaq üçün qarpız və ya birinci dərəcəli əhəmiyyət kəsb etməyən başqa məhsul gətirirlər.
“Mən gizlətmək istəmirəm, bu, biabırçı və qəbuledilməzdir. Dekabr ayında ora gündə 3 avtomobil gedirdisə, indi bu rəqəm 16-ya çatıb. Eyni mallar hamıya nəsib olmur, baxmayaraq ki, kuponlar məhz bunun üçün tətbiq edilib. Bundan əlavə, kuponlar işləmir, insanlar kupona görə dəyərindən baha mal almalı olurlar. Üstəlik, kuponların qüvvədə olma müddətini uzadıblar, ona görə də elə vəziyyət yaranır ki, limitdən istifadə edən şəxs vaxtında yeni kupon ala bilmir. Şəffaflıq və ədalətlilik mexanizmlərinin yaradılması istiqamətində işlər dayandırılıb. Həmrəy olmalı olduğumuz indiki şəraitdə ədalət prinsipi yenə pozulur. Bu, iqtisadi amillərdən və onlarla bağlı inflyasiyadan daha çox ziyan vurur”, – deyə Vardanyan qeyd edib.
Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 108 gündür davam edir. Aksiya başladığı gündən indiyədək Paşinyan ermənilərin Qarabağda “blokadada” olduğu yalanını təkrarlayaraq beynəlxalq ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltməyə çalışır. Ermənilər iddia edirlər ki, onlar Qarabağda blokada şəaritində yaşayırlar və Ermənistanla əlaqələri kəsilib. Azərbaycan tərəfi Qarabağdakı ermənilərin blokadada olmaması ilə bağlı dəfələrlə bəyanatlar verib, faktlar təqdim edib. Eyni zamanda, hər gün onlarla avtomobil həmin yoldan istifadə edərək Xankəndiyə, və ya əksinə hərəkət edir.
Qarabağda ermənilərin blokadada olması iddiasını səsləndirən Paşinyana isə ən gözəl cavabı elə Vardanyanın özü son açıqlaması ilə verdi. Vardanyan etiraf etdi ki, dekabr ayında ora gündə 3 yük maşını gedirdisə, indi bu rəqəm 16-ya çatıb. Belə olan halda burada hansı blokadadan söhbət gedə bilər? Separatçı rejimin keçmiş “dövlət naziri” ermənilərin bu yoldan hansı məqsədlə istifadə etdiklərini də açıqladı. Vardanyan etirafları ilə sübut etdi ki, 108 gündür guya “blokadada” olan erməniləri “müdafiə edən”lər, əslində, Xankəndi-Laçın yolunu alver predmetinə çervirənlərdir.publika.az