image-download-2backend

Vaşinqton Parisə güzəştə gedəcəkmi? – Makron Baydendən əfv diləməyə gedir

image-reklam_sirab_01

Fransa prezidenti Emmanuel Makronun ABŞ-a 5 günlük rəsmi səfəri başlayıb. Vətəninfo.az xəbər verir ki,  Makronun səfəri dekabrın 3-də bitəcək. Bu səfərin əsl məqasədi nədir? Politoloq Elxan Şahinoğlu hesab edir ki,bu səfər ağır səfər olacaq, çünki Parislə Vaşinqton arasında müxtəlif mövzularla bağlı fikir ayrılıqları var.

“Parisin Avropanın Amerikadan asılılığını azaltması tələbini illərdir gündəmdə saxlaması da Vaşinqtonun xoşuna gəlmir. Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla növbəti görüşü dekabrın 7-də Brüsseldə planlaşdırılmışdı. Paşinyan “görüşdə Makron da iştirak etsin” tələbini gündəmə gətirməklə Brüsselin vasitəçiliyinə zərbə vurdu. Çünki İlham Əliyev Brüsseldəki görüşdə Makronun iştirakının əleyhinədir. Fransalı jurnalistlərdən biri gərək Makronun özündən soruşa ki, ağır Vaşinqton səfərindən dərhal sonra Paşinyanın tələbiylə Brüsselə getməyə hazırdırmı?”– deyə politoloq bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki