image-99backend

Vaşinqton və Körfəz ölkələri İranı bölgədə sülhə təhlükə adlandırıb

image-reklam_sirab_01

ABŞ və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının üzvü olan ölkələr İranın sabitliyi pozan fəaliyyətlərini cilovlamaq imkanlarını artırmaq üçün müdafiə sahəsində əməkdaşlıq və əməliyyat koordinasiyasını genişləndirmək barədə razılığa gəliblər. Vətəninfo.az xəbər verir ki, bu barədə təhlükəsizlik danışıqlarının yekunlarına dair birgə bəyanatda deyilir.

“RİA Novosti”nin məlumatına görə, sənədi imzalayan dövlətlər “İran tərəfindən silahların yayılması və tədarükünü region və dünya üçün ciddi təhlükəsizliyə təhdid” adlandıraraq, Tehranı dərhal öz siyasətini dəyişməyə və MAQATE ilə vicdanlı əməkdaşlığa çağırıblar.

Bəyanatda həmçinin dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının İrana silah ötürülməsini qadağan edən qətnaməsinə əməl etməyə çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki