image-4r7a5641backend

“Vətən Bağı” Sosial Təşəbbüslər İB Naxçıvanda təlimlərə start verdi

image-reklam_sirab_01

“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşdırdığı növbəti layihəsinə start verib.

Vətəninfo.az xəbər verir ki, “Müharibə iştirakçıları üçün biznes təlimləri” adlı layihə Naxçıvan Muxtar Respublikasını əhatə edir. Mayın 24-də MR-də ilk təlim baş tutub.
Şəhid ailələrinin üzvlərindən və qazilərdən ibarət 15 nəfərlik qrup üçün keçirilən birinci təlimi girişi sözü ilə layihənin rəhbəri, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin İdarə Heyətinin sədri Emin Tarverdiyev açıb. Qonaqları salamlayan layihə rəhbəri təlimin məqsədi barədə geniş məlumat verib.

Sonra söz təlimçi Vüsal Novruzova verilib. Təlimin məqsəd və mahiyyəti haqqında çıxış edən Vüsal Novruzov layihə iştirakçılarına biznesin əsasları barədə ətraflı məlumat verib. Yekunda təlim iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image