image-1backend

  “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ingilis dilində nəşrinin təqdimatı olub

image-reklam_sirab_01

Azərbaycan Dillər Universitetində Bakı Şəhər İcra Hakimiyyəti və universitetin birgə təşkilatçılığı ilə “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib. Tədbirdə BŞİH-nin məsul əməkdaşları, universitetin müəllim, magistr və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində  vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Vətən mühariəsindəki Şanlı Qələbəyə həsr edilən video-çarx nümayiş etdirilib.

Tədbiri açan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm zəfərə kitablar, salnamələr həsr olunduğunu qeyd edib və təqdim edilən kitabın bu baxımdan önəmini vurğulayıb. 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunan kitab  Azərbaycan, rus və türk dillərində çap edilib və bu gün artıq kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsidir. O, qeyd edib ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti  sayəsində əldə olunub. Bu da tarixdə şəxsiiyət faktoru amilini bir daha sübut edir. Kitab Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan ingilis dilində də nəşr edilib və hazırda isə kitabın ərəb və fars dillərində   çapı ilə bağlı işlərə başlanılıb. Kitabda həmçinin Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.

Daha sonra çıxış edən ADU-nin Beynəlxalq münasibət və Regionşünaslıq fakültəsinin müəllimi Ramin Quliyev, həmin fakultənin tələbəsi Sübhan Orucov, Xarici dilin tədrisi metodikası və metodologiyası ixtisasının magistri Habil Rzayev, Beynəlxalq münasibət kafedrasının doktorantı Aynur İsayeva, Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Universitetin prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova, şöbə müdiri Fiyalə Abdullayeva  və digərləri kitabın dünya ictimaiyyətinə çatdırılması üçün bir çox dillərdə çap edilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, kitabda Ermənistanın Azərbaycana təcavüzü, Vətən müharibəsindəki Şanlı Qələbəmiz, qələbənin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti geniş və ətraflı işıqlandırılıb.

Qeyd edilməlidir ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün  mərhələləri əhatə edir və qazanılan Şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki