image-1674448394_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-780x450backend

Vətəndaşlıq almış MDB sakinləri Rusiyadan çıxa bilmir

image-reklam_sirab_01

Rusiya vətəndaşlığını almış MDB ölkələrinin sakinlərinin Rusiyadan çıxışına icazə verilmir.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” tarixi vətənlərinə getmək istəyən, lakin sərhədi keçə bilməyən Qırğızıstan və Tacikistandan olan bir neçə yerli vətəndaşa istinadən yazır.
“Rusiya sərhədçiləri mənə çox nəzakətlə izah etdilər ki, “sən səfərbərlik siyahısına düşmüsən, bu qanundur və fevralın 12-dək xaricə getmək hüququnuz yoxdur”, deyə radionun həmsöhbətlərindən biri bildirib.
Digər mənbələr deyirlər ki, vətəndaşlığa qəbul edilmiş miqrantlar çağırış vərəqələri alırlar. Onları hərbi komissarlıqda söhbətə çağırırlar, silahlı qüvvələrdən fərarilərin ağır cəzalandırılacağını izah edirlər. Miqrantların yaxınlarının dediyinə görə, Rusiya pasportu olanlar hava limanlarında saxlanılır, Rusiya vətəndaşlığı olmayan Orta Asiyadan olanlar isə sərbəst şəkildə evlərinə qayıda bilirlər.
Artıq Bişkekdə Rusiya pasportu olanlara xəbərdarlıq edilib ki, səfərbərlik elan edildikdə onlara kömək edə bilməyəcəklər. Rusiyanın Qırğızıstanla ikili vətəndaşlıq haqqında müqaviləsi yoxdur – o, naturalizasiya olunmuş vətəndaşların Qırğızıstanın ilkin vətəndaşlığını tanımır.
Artıq nə qədər vətəndaşlıq almış Rusiya vətəndaşının orduya çağırıldığı və Ukraynadakı müharibədə iştirak etdiyi məlum deyil.
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin yanvarın 13-də bildirib ki, vətəndaşlıq almış şəxslər Ukraynada döyüşməlidir. Onun sözlərinə görə, son 5 ildə Qırğızıstan, Tacikistan və Özbəkistandan olan yarım milyondan çox insan Rusiya pasportu alıb və indi onların üzərinə “ölkəni müdafiə etmək vəzifəsi” düşür. O, həmçinin müharibədə iştirak edən miqrantların Rusiya vətəndaşlığının alınması üçün sadələşdirilmiş prosedurun tətbiqini təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki